Bu iki rayonda yanğın oldu

Bu iki rayonda yanğın oldu
Kateqoriya məlum deyil
T

Yevlax şəhərində yanğın olub.

 

Fövqəladə Hallar Nazirliyindən Sfera.az-a verilən xəbərə görə, Yevlax şəhərinin Aran qəsəbəsində ümumi sahəsi 150 m² olan birmərtəbəli 4 otaqlı evin yanar konstruksiyaları yanıb.

 

Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.

 

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

 

Bundan başqa, İmişli rayonunun Sarıxanlı kəndində ümumi sahəsi 600 m² olan qurutma anbarında 4 ədəd sobanın içərisinə yığılan 350 kiloqram biyan bitkisi yanıb.

 

Anbar yanğından mühafizə olunub.

 

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR