Göygöldə baş verən qəzada ölənlərin kimliyi açıqlandı

Göygöldə baş verən qəzada ölənlərin kimliyi açıqlandı
Kateqoriya məlum deyil
T

 

Göygöldə baş verən ağır yol qəzasında ölən şəxslərin adları məlum olub.

 

Sfera.az APA-ya istinadən xəbər verir ki, həyatını itirənlər Ə. Abidin və H. Vəlizadədir.

 

Qəza Gəncə–Şəmkir yolunun rayon ərazisindən keçən hissəsində qeydə alınıb. “Mercedes” markalı avtomobil idarəetməni itirərək yol kənarındakı divara çırpılıb.

 

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Gəncə Regional Mərkəzinin Xüsusi Xilasetmə Hissəsinin əməkdaşları cəlb edilib. Avtomobildə olan iki nəfərin meyiti xilasedicilər tərəfindən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

 

Faktla bağlı araşdırma aparılır.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR