Mercedes və QAZel toqquşdu - Sürücü yaralandı, avtomobil alovlandı

Mercedes və QAZel toqquşdu - Sürücü yaralandı, avtomobil alovlandı
Kateqoriya məlum deyil
T

Göyçayda yol-nəqliyyat hadisəsi baş verib.

 

Sfera.az xəbər verir ki, qəza zamanı 24 yaşlı Xəqani Əhmədovun idarə etdiyi “Mercedes” və 60 yaşlı Bağır Feyzullayevin idarə etdiyi “QAZel” markalı avtomobillər toqquşub. 

 

Nəticədə minik avtomobilinin sürücüsü hadisə zamanı xəsarət alıb.

 

Qəza zamanı “QAZel”də yanğın baş verib və FHN əməkdaşları tərəfindən söndürülüb.  

 

Faktla bağlı araşdırma aparılır.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR