Logo

Gədəbəydə zəncirvari qəza: Yaralananlar var

Gədəbəydə zəncirvari qəza: Yaralananlar var
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Gədəbəydə yük avtomobillinin iştirakı ilə zəncirvari qəza olub.

Sfera.az-ın məlumatına görə, hadisə rayon ərazisində baş verib.

Hərəkətdə olan "Kamaz" markalı yük maşını idarəetmədən çıxaraq "VAZ 2107" və "VAZ 2104" markalı minik avtomobillərinə çırpılıb.

Qəzada 2 nəfər xəsarət alıb. Yaralılar xəstəxanaya yerləşdirilib, onların vəziyyətlərinin kafi olduğu bildirilir.

Xəsarət alanlar 1967-ci il təvəllüdlü O.İbrahimov və 2000-ci il təvəllüdlü Ç.Yolçiyevdir.

Əraziyə polis əməkdaşları cəlb edilib. Faktla bağlı araşdırma aparılır.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR