Gəncədə piyadanı avtomobil vurub öldürdü

Kateqoriya məlum deyil
T
Gəncədə piyada ölümü ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.
Sfera.az xəbər verir ki, hadisə şəhər ərazisində qeydə alınıb.
Belə ki, şəhər ərazisində hərəkətdə olan avtomobil yolu qarşı tərəfə keçmək istəyən 15 yaşlı Ə. Qurbanovu vurub.
Piyada xəstəxanaya aparılarkən yolda ölüb.
Hadisə ilə bağlı araşdırma aparılır. (APA)






