Tərtərdə narkotik satan şəxs saxlanıldı – FOTO

Tərtərdə narkotik satan şəxs saxlanıldı – FOTO
Kateqoriya məlum deyil
T

Tərtərdə narkotiklərin satışını həyata keçirən şəxsi polis saxlayıb.

 

Sfera.az xəbər verir ki, Tərtər Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində əvvəllər məhkum olunmuş Nəbi Nəbiyev saxlanılıb.

 

Ondan 2 kiloqramdan artıq marixuana və psixotrop maddə olan metamfetamin aşkarlanıb. N.Nəbiyevin İrandan qanunsuz yollarla gətirilən narkotiklərin Tərtər rayonu ərazisində satışını təşkil etmək istədiyi müəyyən edilib.


Faktla bağlı cinayət işi başlanılıb, N.Nəbiyev barəsində həbs qətimkan tədbiri seçilib. Araşdırma aparılır.

 

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR