Bakı metrosunda tüstülənmə – Giriş-çıxış bağlandı

Bakı metrosunda tüstülənmə – Giriş-çıxış bağlandı
Kateqoriya məlum deyil
T

“Cəfər Cabbarlı” stansiyasına bitişik yeraltı keçiddə yerləşən ticarət mağazasında tüstülənmədən sonra stansiyanın giriş-çıxışına tətbiq edilən məhdudiyyət aradan qaldırılıb.

 

Sfera.az xəbər verir ki, bu barədə "Bakı Metropolitei" QSC məlumat yayıb.

 

"Stansiya sərnişinlərin giriş-çıxışına tam açılıb", - deyə qurumdan bildirilib.

 

***

 

Metroda tüstüləmə olub.

 

Sfera.az xəbər verir ki, tüstüləmə "Cəfər Cabbarlı" stansiyasında baş verib.

 

Belə ki, stansiyada tüstü müşahidə edilib.

 

İlkin ehtimala görə, tüstülənmə qısaqapanma nəticəsində baş verib.

 

"Bakı Metropoliteni" QSC-nin məlumatına əsasən, tüstülənmənin nəticələrinin sərnişinlərə təsirlərinin qarşısını almaq məqsədilə “Cəfər Cabbarlı” stansiyasının giriş və çıxış qapıları dərhal bağlanılıb, havalandırma sistemi sovurma rejiminə keçirilib.

 

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR