Hindistanda partlayışda ölənlərin sayı artıb

Hindistanın paytaxtı Yeni Dehlidə 10 noyabrda baş verən partlayış nəticəsində ölənlərin sayı 13-ə yüksəlib.
Sfera.az xəbər verir ki, “India Today” qəzetinin məlumatına görə, “Red Fort” (Qırmızı Qala) bölgəsində, axşam saatlarında qırmızı işıqda dayanan avtomobildə baş verən partlayışla bağlı istintaq davam edir.
Rəsmilər bildiriblər ki, yaralılardan bəziləri xəstəxanada həyatını itirib.
Hadisə ilə əlaqədar Hindistan polisinin Cammu və Kəşmir bölgəsində keçirdiyi əməliyyatlar zamanı saxlanılanların sayı 10-a çatıb.
Hökumət partlayışı “millətə qarşı qüvvələr tərəfindən törədilən terror hadisəsi” kimi qiymətləndirib. Partlayış nəticəsində ərazidəki digər nəqliyyat vasitələri və yaxınlıqdakı obyektlərə də zərər dəyib.
Bəsti Rəfizadə
Sfera.az






