Avtomobil hərracı dələduzluğu: Aslanov və Teyyubov həbs edildi

Avtomobil hərracı dələduzluğu: Aslanov və Teyyubov həbs edildi
Kateqoriya məlum deyil
T

Bakıda bank tərəfindən hərraca çıxarılmış avtomobilləri almaq istəyən bir neçə nəfərə qarşı dələduzluqda təqsirləndirilən şəxslərin məhkəməsi başa çatıb.

 

Sfera.az qafqazinfo.az-a istinadən xəbər verir ki, Səbail Rayon Məhkəməsi paytaxt sakini 1991-ci il təvəllüdlü Etibar Məmmədəli oğlu Aslanov və Xaçmaz rayon sakini 1982-ci il təvəllüdlü Nihad Nüsrət oğlu Teyyubova hökm oxuyub.

 

Məhkəmə hər iki şəxsi Cinayət Məcəlləsinin 178.2.1, 178.2.2 və 178.2.4-cü maddələri (Dələduzluq - təkrar və xeyli miqdarda ziyan vurmaqla törədildikdə) maddələri ilə təqsirli bilib.

 

N.Teyyubov 2 il 6 ay, E.Aslanov isə 4 il müddətinə azadlıqdan məhrum ediliblər.

 

Hər iki şəxs məhkəmə zalındaca qandallanıb və cəzalarını çəkəcəkləri müəssisəyə göndəriliblər.

 

Qeyd edək ki, məhkəmə zərərçəkmiş tərəfin mülki iddiasını da təmin edib.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR