Ağstafada minik avtomobili aşıb, 5 nəfər xəsarət alıb

Ağstafada minik avtomobili aşıb, 5 nəfər xəsarət alıb
Kateqoriya məlum deyil
T

Ağstafada yol-nəqliyyat hadisəsi baş verib.

 

Sfera.az bildirir ki, hadisə rayon ərazisində qeydə alınıb.

 

Belə ki, hərəkətdə olan avtomobil idarəetmədən çıxaraq yolun kənarına aşıb.

 


Qəza nəticəsində 5 nəfər xəsarət alaraq xəstəxanaya yerləşdirilib, onların vəziyyətlərinin orta ağır olduğu bildirilir.

 

Xəsarət alanlar 1988-ci il təvəllüdlü Ə. Məmmədova, 1984-cü ol təvəllüdlü G. Qarayeva, 1983-cü il təvəllüdlü N. Muğanova, 1988-ci il təvəllüdlü L. Cəlilova və 1984-cü il təvəllüdlü R. Əliyevdir.

 

Faktla bağlı araşdırma aparılır.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR