Bakıda mikroavtobus sürücüsü işıqforu vuraraq aşırdı – VİDEO

Bakıda mikroavtobus sürücüsü işıqforu vuraraq aşırdı – VİDEO
Kateqoriya məlum deyil
T

 

Çərşənbə günü, noyabrın 12-si səhər saatlarında Bakının Xətai rayonu, 8 Noyabr prospektində ciddi yol qəzası baş verib.
 

Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin mətbuat xidməti Sfera.az-a bildirib ki, mikroavtobusun sürücüsü yüksək sürətlə hərəkət edərkən idarəetməni itirib, bordürə çıxaraq işıqfor dirəyinə çırpılıb.
 

Xoşbəxtlikdən, piyada keçidində olan vətəndaşlardan xəsarət alan olmayıb.
 

Hadisə ilə bağlı araşdırma aparılır, sındırılmış işıqforun yerinə yenisi quraşdırılacaq.



PAYLAŞ

OXŞAR XƏBƏRLƏR