Üzərinə mərmər daşı düşən kişi öldü

Kateqoriya məlum deyil
T
Abşeron rayonu Xırdalan şəhərində faciəli hadisə baş verib.
Sfera.az xəbər verir ki, noyabrın 11-i saat 12 radələrində 1980-ci il təvəllüdlü Sumqayıt sakini Ziyad Məmməd oğlu Həsənov idarə etdiyi “Ford” markalı yük avtomobilinə mərmər daşı yükləyən zaman daş onun üzərinə düşüb.
Xəstəxanaya yerləşdirilən Z.Həsənov orada ölüb.
Faktla bağlı araşdırma aparılır.






