Toy karvanında ağır qəza olub, ölən və yaralanan var - FOTO

Toy karvanında ağır qəza olub, ölən və yaralanan var - FOTO
Kateqoriya məlum deyil
T

Quba-Xaçmaz yolunun Quba rayonunun Alekseyevka kəndi ərazisindən keçən hissəsində ağır yol-nəqliyyat hadisəsi baş verib.

 

Sfera.az APA-ya istinadən xəbər verir ki, toy karvanında hərəkətdə olan "VAZ 2107" markalı avtomobil yoldan çıxaraq ağaca çırpılıb. Nəticədə 1 nəfər ölüb, 1 nəfər ağır yaralanıb.

 

Xəsarət alan şəxs Quba rayon Mərkəzi Xəstəxanasına çatdırılıb, hazırda ona tibbi yardım göstərilir.

 

Faktla bağlı araşdırma aparılır.

 

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR