Şərurda ağır qəza: Ölən var

Şərurda ağır qəza: Ölən var
Kateqoriya məlum deyil
T

Naxçıvan Muxtar Respublikasının Şərur rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.

 

Sfera.az Report-a istinadən xəbər verir ki, hadisə Naxçıvan–Şərur magistral yolunun Püsyan kəndi ərazisində qeydə alınıb.

 

Belə ki, 68 BL 204 dövlət qeydiyyat nişanlı "Mersedes" markalı avtomobil "TIR"la toqquşub.

 

Nəticədə "Mersedes"in sürücüsü, 1994-cü il təvəllüdlü Xəlilov Ümid Səməd oğlu həlak olub.

 

Hadisə yerinə polis əməkdaşları cəlb edilib, faktla bağlı araşdırma aparılır.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR