Biləsuvarda sobaya yıxılan qadın yanaraq öldü
Kateqoriya məlum deyil
Biləsuvarda qadın yanıq xəsarətlərindən ölüb.
Sfera.az xəbər verir ki, Məkurə Cavanşir qızı Gülənova yaşadığı Biləsuvar rayonu ərazisində Cəbrayıl rayonundan olan məcburi köçkünlərin məskunlaşması üçün inşa edilmiş 8 saylı qəsəbədə sobanın üzərinə yıxılıb.
O, müxtəlif dərəcəli yanıq xəsarətləri alaraq ölüb.
Faktla bağlı Cəbrayıl rayon prokurorluğunda araşdırma aparılır.






