Logo

İki rayonda işıq olmayacaq

İki rayonda işıq olmayacaq
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Bu gün Salyan və Sabirabad rayonlarının bir sıra kəndlərində yenidənqurma işləri ilə əlaqədar elektrik enerjisinin verilişində fasilə yaranacaq.

Bu barədə Sfera.az-a "Azərişıq" ASC-dən məlumat verilib.

Bildirilib ki, dövlət proqramı çərçivəsində günəş elektrik stansiyasına 330 kV-luq elektrik veriliş hava xəttinin çəkilişi ilə əlaqədar Şirvan Regional Enerji Təchizatı və Satışı İdarəsinin (RETSİ) ərazisində magistral xətt "Azərişıq" ASC-nin hava xətləri ilə kəsişir.

Bununla əlaqədar olaraq noyabrın 6-da saat 11:00-dan 14:00-dək Salyan və Sabirabad rayonlarının Salmanlı, Cəngan, Muğangəncəli, Çiçəkli, Qaraçala, Çadırlı, Pambıqkənd, Bəşirbəyli, Yolüstü, Varlı 1-2, Düzənlik, Peyk, Uluxanlı kəndlərində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq. Yenidənqurma işləri tamamlandıqdan sonra sözügedən ərazilər daha keyfiyyətli elektrik enerjisi ilə təmin olunacaq.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR