Yük maşını qəza edərək aşdı, tıxac yarandı

Yük maşını qəza edərək aşdı, tıxac yarandı
Kateqoriya məlum deyil
T

Bakının Xətai rayonu, Zığ şosesi ilə İnqilab Hüseynov küçəsinin kəsişməsində texniki nasaz yük avtomobili qəzaya düşərək aşıb.

 

Sfera.az xəbər verir ki, bununla bağlı Daxili İşlər Nazirliyinin (DİN) Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb.

Bildirilib ki, bu səbəbdən mərkəz istiqamətində sıxlıq yaranıb.

 

Sıxlığı aradan qaldırmaq üçün qaldırıcı kranlar əraziyə cəlb edilib. Hazırda polis əməkdaşları tərəfindən zəruri tədbirlər görülür.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR