Bakıda 68 yaşlı kişi pəncərə düzəldərkən yıxılıb öldü

Kateqoriya məlum deyil
T
Bakıda pəncərədən yıxılan şəxs ölüb.
Sfera.az Report-a istinadla xəbər verir ki, hadisə paytaxtın Nəsimi rayonu ərazisində qeydə alınıb.
Belə ki, oktyabr ayının 31-i 1957-ci il təvəllüdlü Fuad Ələsgər oğlu Nəsirov yaşadığı evdə pəncərə düzəldərkən yıxılıb.
Xəstəxanaya yerləşdirilən F.Nəsirov noyabrın 2-si ölüb.
Faktla bağlı araşdırma aparılır.






