Kəlbəcərdəbağlı qapı arxasında qalan körpə xilas olundu

Kəlbəcərdəbağlı qapı arxasında qalan körpə xilas olundu
Kateqoriya məlum deyil
T

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar xəttinə Kəlbəcər şəhəri, Yeni Yaşayış massivində yerləşən dördmərtəbəli binanın ikinci mərtəbəsində azyaşlının mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.

 

Bu barədə Sfera.az-a FHN-nin mətbuat xidmətindən bildirilib.

 

Məlumatla əlaqədar dərhal Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidməti Kəlbəcər Rayon Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən-xilasediciləri hadisə yerinə cəlb olunub.

 

Xüsusi vasitələrdən istifadə edərək mənzilə daxil olan yanğınsöndürən-xilasedicilər mənzildə köməksiz qalmış 2023-cü il təvəllüdlü azyaşlını xilas edərək valideynlərinə təhvil veriblər.

 

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR