Kafedə qadın bıçaqlandı: saxlanılan var

Kafedə qadın bıçaqlandı: saxlanılan var
Kateqoriya məlum deyil
T

Ağstafa rayonunda kafedə bıçaqlanma hadisəsi baş verib.

 

Sfera.az xəbər verir ki, hadisə rayon ərazisində yerləşən kafelərdən birində baş verib.

 

Kafedə xidmətçi işləyən rayon sakini, 1982-ci il təvəllüdlü Esmira Kiçikova iş yerində bıçaq xəsarətləri alıb.

 

Qadın Ağstafa Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

 

Polis əməkdaşlarının keçirdikləri müvafiq tədbirlər nəticəsində E.Kiçikovaya kəsici-deşici alətlə xəsarət yetirməkdə şübhəli bilinən, Qazax rayon sakini, 30 yaşlı Elmin Qocayev saxlanılıb.

 

Araşdırmalar davam etdirilir.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR