Göyçayda ağır qəza - Ölən var

Kateqoriya məlum deyil
T
Göyçay rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Sfera.az oxu.az-a istinadən xəbər verir ki, hadisə bu gün saat 10 radələrində Göyçay rayonunun Dövranlı kəndi ərazisində qeydə alınıb.
VAZ-2199 markalı avtomobil idarəetmədən çıxaraq su kanalına düşüb. Nəticədə sürücü, 61 yaşlı Habil Talıbov hadisə yerində ölüb.
Faktla bağlı cinayət işi başlanılıb.






