Bakıda ticarət mərkəzində meyit TAPILDI

Bakıda ticarət mərkəzində meyit TAPILDI
Kateqoriya məlum deyil
T

Bakıda ticarət mərkəzində meyit tapılıb.

 

Sfera.az xəbər verir ki, Oxu.Az-ın məlumatına görə, hadisə Qaradağ rayonu, Qobustan qəsəbəsindəki "Qaradağ" ticarət mərkəzində qeydə alınıb.

 

1962-ci il təvəllüdlü Viktor Alekseyeviç Vorotnyuk ticarət mərkəzinin ərazisində dünyasını dəyişib. Onun meyitini sahibkarlar aşkar ediblər.

 

Məlumata görə, V.Vorotnyuk tüfeyli həyat tərzi keçirirmiş. O, ticarət mərkəzi ərazisindəki mağazaların qarşısında gecələyirmiş. Onun xəstəlikdən öldüyü deyilir.

 

Faktla bağlı araşdırma aparılır.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR