İsmayıl Hüseynov vəzifəsindən azad edildi

İsmayıl Hüseynov vəzifəsindən azad edildi
Kateqoriya məlum deyil
T

Azərbaycan Respublikasının Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyi rəisinin birinci müavini İsmayıl Xəlil oğlu Hüseynov vəzifədən azad olunub.

 

Sfera.az bakupost.az-a istinadən xəbər verir ki, o, öz ərizəsi ilə işdən çıxarılıb.

 

İsmayıl Hüseynov 1974-cü il noyabrın 16-da Naxçıvanda anadan olub. O, 2018–2023-cü illərdə Dövlət Gömrük Komitəsi sədrinin birinci müavini vəzifəsində çalışıb. Həmin dövrdə ona gömrük xidməti general-leytenantı ali rütbəsi verilib.

 

2023-cü ildən isə İsmayıl Hüseynov Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyində rəisin birinci müavini kimi fəaliyyət göstərirdi

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR