Zərdabda ağır qəza: ölən var

Zərdabda ağır qəza: ölən var
Kateqoriya məlum deyil
T

Zərdab rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

 

Sfera.az xəbər verir ki, hadisə Zərdab-Ucar yolunun Zərdab rayonu 51 saylı qəsəbədən keçən hissəsində baş verib.

 

Rayon sakini Nihat Əhmədxan oğlu Əhmədzadənin idarə etdiyi BMV-320i markalı avtomobillə Mustafa Hacı oğlu Məmmədovun idarə etdiyi "Renault Megane" markalı maşın toqquşub.

 

Hadisə nəticəsində Mustafa Məmmədov aldığı xəsarətlərdən Zərdab Rayon Mərkəzi Xəstəxanasında ölüb, sərnişinlər - Gündüz Yusif oğlu Novruzov və Məhəmməd Qurban oğlu Nemətli isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

 

Faktla bağlı cinayət işi başlanılıb.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR