Vəzifəli şəxsin oğlu mehmanxanada öldü - TƏFƏRRÜAT

Mingəçevirdə yerləşən hotellərin birində ölüm hadisəsi baş verib.
Sfera.az xəbər verir ki, şəhər sakini Coşqun Rəhimov Mingəçevir Avtovağzalının ərazisində yerləşən hoteldə qəfil vəfat edib.
Onun ürək çatışmazlığından həyatını itirdiyi bildirilib.
Məlumata görə, Coşqunun atası Tofiq Rəhimov Mingəçevir Avtovağzalının direktorudur. Coşqun da orada çalışırmış və hadisə o, iş başında olarkən baş verib.
Faktla bağlı araşdırma aparılır. Qafqazinfo
Mingəçevir Avtovağzalının icraçı direktoru Coşqun Rəhimovun ölümü ilə bağlı bəzi detallar məlum olub.
Teleqraf-ın məlumatına görə, icraçı direktor Mingəçevir Avtovağzalının otelində vəfat edib. Həmin oteldə bir otaq Coşqun Rəhimovun daimi istirahəti üçün ayrılıbmış.
Vəfat edən zaman istirahət otağında onun tək olduğu bildirilir.
İcraçı direktor ürək çatışmazlığından əziyyət çəkirmiş, vaxtaşırı ağrıları olurmuş. Ölümündən az öncə yenidən ağrıları başlayıb. Zəng edib köməyə kimisə çağırmaq istəyib, buna gücü çatmadıqda qapını açmağa cəhd göstərib.
Əlində telefon otağın qapısı önündə yerə yıxılaraq həyatını itirib.







