Goranboyda iki yeniyetməni maşın vurdu

Kateqoriya məlum deyil
T
Goranboyda iki yeniyetmənin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Sfera.az-ın məlumatına görə, “Lada Priora” markalı avtomobil şəhər sakinləri – 2013-cü il təvəllüdlü Nuray Həsənova və 2011-ci il təvəllüdlü Fidan Qasımovanı vurub.
Yaralılar dərhal xəstəxanaya yerləşdirilib. Onların vəziyyətlərinin stabil olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır.






