Şəkidə 18 yaşlı hamilə qadının körpəsi ölü doğuldu

Şəkidə 18 yaşlı hamilə qadının körpəsi ölü doğuldu
Kateqoriya məlum deyil
T

Şəki Rayon Mərkəzi Xəstəxanasının nəzdində olan Perinatal Mərkəzə 2007-ci il təvəllüdlü 35 həftəlik hamilə qadın avtomobil vasitəsilə hospitalizasiya olunub.

 

Sfera.az xəbər verir ki, həkimlərin apardığı konsultasiyadan sonra spontan doğuş halında çəkisi 1 kq. 700 qr., boyu 44 sm. olan ölü döl bətndən xaric edilib.
 

Meyit təşrih olunması üçün Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinə təhvil verilib.

 

Şəki Rayon Mərkəzi Xəstəxanasından verilən məlumata əsasən, hazırda 18 yaşlı pasiyentin müalicəsi Perinatal Mərkəzin müvafiq şöbəsində davam etdirilir, vəziyyəti stabildir.
 

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR