Sarayda 4 maşın toqquşdu: ölən var

Kateqoriya məlum deyil
T
Saray qəsəbəsində ağır yol-nəqliyyat hadisəsi baş verib.
Sfera.az xəbər verir ki, hadisə zamanı "Mitsubişi", "Ravon", "Opel" və "Toyota" markalı minik avtomobilləri toqquşub.
Qəza nəticəsində xəsarət alan 4 nəfərdən biri - 1990-cı il təvəllüdlü Elxan İlham oğlu İnqilabzadə hadisə yerində ölüb.
Xəsarət alan digər 3 nəfər dərhal xəstəxanaya çatdırılıb.
Hadisə ilə bağlı araşdırma aparılır.






