Bakıda fərdi yaşayış evində PARTLAYIŞ

Kateqoriya məlum deyil
T
Paytaxtın Nərimanov rayonunda fərdi yaşayış evində partlayış olub.
Sfera.az APA-ya istinadən xəbər verir ki, hadisə Ceyhun Hacıbəyli küçəsində qeydə alınıb.
İlkin məlumata görə, partlayışa qaz sızması səbəb olub.
Əraziyə Fövqəladə Hallar Nazirliyinin qüvvələri və təcili tibbi yardım briqadaları cəlb edilib.






