Üzüyü çıxara bilmədi, FHN-i köməyə çağırdı

Üzüyü çıxara bilmədi, FHN-i köməyə çağırdı
Kateqoriya məlum deyil
T

Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Şəki şəhərində 1 nəfərin barmağında üzüyün sıxışması səbəbindən köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.

 

Nazilrikdən Sfera.az-a verilən xəbərə görə, məlumatla əlaqədar Nazirliyin Şimal-qərb Regional Mərkəzinin xilasetmə qüvvələri çağırış üzrə cəlb olunublar.

 

Həkim briqadasının iştirakı ilə həyata keçirilən xilasetmə tədbirləri nəticəsində üzüyün müvafiq qaydada çıxarılması təmin edilib.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR