Mehman Kərimov vəfat etdi
Kateqoriya məlum deyil
Azərbaycan Milli Olimpiya Komitəsinin Beynəlxalq Proqramlar Departamentinin rəhbəri Mehman Kərimov vəfat edib.
Sfera.az xəbər verir ki, o, bu gün səhər saatlarında dünyasını dəyişib.
Qeyd edək ki, Mehman Kərimov 2022-ci ildən bu vəzifədə çalışırdı.
MOK-da marketinq direktoru kimi fəaliyyətinə isə 2010-cu ilin aprelində başlamışdı. (Oxu.az)






