Logo

Tovuzda maşın 85 yaşlı kişini vurdu

Tovuzda maşın 85 yaşlı kişini vurdu
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Tovuz rayonunda ölümlə nəticələnən yol qəzası baş verib.

Sfera.az-ın xəbərinə görə, hadisə oktyabrın 7-də saat 19:30 radələrində Xatınlı-Əlimərdanlı avtomobil yolunda qeydə alınıb.

Əliyev Nuran Fikrət oğlu idarə etdiyi “Opel Astra” markalı avtomobillə hərəkətdə olarkən 1940-cı il təvəllüdlü piyada Musayev Qiyas Hüseyn oğlunu vurub.

85 yaşlı piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Bununla bağlı Tovuz Rayon Polis Şöbəsində Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə cinayət işi başlanaraq istintaq aparılır.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR