Salyanda ağır qəza: bir ailənin 6 üzvü...

Kateqoriya məlum deyil
T
Salyanda baş verən avtoqəzada bir ailənin 6 üzvü xəsarət alıb.
Sfera.az Report-a istinadən xəbər verir ki, hadisə rayonun Kürsəngi kəndi ərazisində qeydə alınıb.
İlkin məlumata görə, minik avtomobillərin toqquşması nəticəsində altı nəfər - Salyan rayon sakinləri, 2016-cı il təvəllüdlü Cəfərli Xanım Ceyhun qızı, 2017-ci il təvəllüdlü Cəfərli Eşqin Ceyhun oğlu, 2002-ci il təvəllüdlü Cəfərova Nərminə Coşqun qızı və şəxsiyyəti hələ dəqiqləşdirilməyən üç nəfər xəsarət alıb.
Yaralılar xəstəxanaya çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.








