Yasamalda maşın yandı

Yasamalda maşın yandı
Kateqoriya məlum deyil
T

Fövqəladə Hallar Nazirliyinin “112” qaynarxəttinə Bakı şəhərinin Yasamal rayonu, Parlament prospektində avtomobildə yanğın baş verməsi barədə məlumat daxil olub.

 

Bu barədə Sfera.az-a FHN Mətbuat xidmətindən bildirilib.

 

Məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.

 

Yanğınsöndürənlər tərəfindən “KİA” markalı minik avtomobilində baş vermiş yanğın qısa müddətdə söndürülüb.

 

Yanğın nəticəsində minik avtomobilinin mühərrik hissəsi və salonu yanıb.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR