Yasamalda yük maşını idarəetmədən çıxdı -Avtomobillərə ziyan dəydi

Yasamalda yük maşını idarəetmədən çıxdı -Avtomobillərə ziyan dəydi
Kateqoriya məlum deyil
T

Ötən gün axşam saatlarında Yasamal rayonunda yol-nəqliyyat hadisəsi baş verib.
 

Sfera.az xəbər verir ki, bu barədə videogörüntü yayımlanıb.
 

Belə ki, saat 20:20-də Nazim Hikmət küçəsi ilə hərəkətdə olan "Mercedes-Benz" markalı, 77-LL-042 dövlət nömrə nişanlı yük avtomobilinin sürücüsü dairədə idarəetməni itib və maşın yol kənarındakı daş maneəyə çırpılıb.
 

Nəticədə ərazidə park vəziyyətində olan "KIA Forte" markalı, 77-CL-943 dövlət nömrə nişanlı və "Hyundai" markalı 77-MN-905 dövlət nömrə nişanlı avtomobillərə ziyan dəyib. Xəsarət alan olmayıb.
 

Faktla bağlı araşdırma aparılır. (Oxu.az)

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR