Logo

Bosfor hər iki istiqamətdə bağlanıb

Bosfor hər iki istiqamətdə bağlanıb
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Bosfor boğazı Rusiyaya hərəkət edən gəmidə yaranan nasazlıq səbəbindən hər iki istiqamətdə müvəqqəti olaraq bağlanıb.

Sfera.az xəbər verir ki, bu barədə “A Haber” telekanalı məlumat yayıb.

Bandırma limanından Rusiyaya yollanan 98 metrlik yük gəmisində mühərrik nasazlığı baş verib.

Hadisə Qara dənizə çıxış zonasından 8 km məsafədə, Umuryeri yaxınlığında qeydə alınıb.

Sahil mühafizəsi hadisə yerinə katerlər və yedək gəmiləri göndərib. Gəmi tranzit marşrutundan çıxarıldıqdan sonra boğazda hərəkət bərpa olunacaq.

Niyaz Hacıyev
Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR