Salyanda hündürlükdən yıxılan 1 yaşlı uşaq öldü
Kateqoriya məlum deyil
Salyanda 2 gün əvvəl hündürlükdən yıxılan 1 yaşlı uşaq xəstəxanada ölüb.
Sfera.az-ın məlumatına görə, sentyabrın 26-da Salyan rayonunun Varlı kəndində valideyin nəzarətindən yayınan bir yaşlı H.Z fərdi yaşayış evinin ikinci mərtəbəsindən yıxılaraq kəllə-beyin travması ilə komatoz vəziyyətdə Şirvan xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib.
Azyaşlının bu gün günorta saatlarında reanimasiyada öldüyü bildirilir.
(APA)






