İsmayıllıda 4 nəfər bıçaqlandı - Şübhəli şəxs saxlanıldı

İsmayıllıda 4 nəfər bıçaqlandı - Şübhəli şəxs saxlanıldı
Kateqoriya məlum deyil
T

Ötən gün İsmayıllıda bıçaqlanma hadisəsi baş verib.

 

“Qafqazinfo” xəbər verir ki, hadisə saat 23 radələrində rayonunun Talıstan kəndi ərazisində şəxsi münasibətlər zəminində olub.

 

Belə ki, hadisə zamanı rayon sakinləri - 2005, 2008, 2007 və 1976-cı il təvəllüdlü şəxslərə müxtəlif dərəcəli bıçaq xəsarətləri yetirilib.

 

Polis əməkdaşları tərəfindən cinayət əməlini törətməkdə şübhəli bilinən 2002-ci il təvəllüdlü Elşən Babayev saxlanılıb.

 

Faktla bağlı araşdırmalar aparılır. (Qafqazinfo)

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR