Bakı-Quba yolunda avtomobil piyadanı vurub

Kateqoriya məlum deyil
T
Bakı-Quba yolunun Sumqayıt şəhərindən keçən hissəsində yol-nəqliyyat hadisəsi baş verib.
Sfera.az xəbər verir ki, 1975-ci il təvəllüdlü Mütəllimov Cavanşir Əlizadə oğlu yolu keçmək istəyərkən onu "Mercedes" markalı minik avtomobili vurub.
O, aldığı xəsarətlərdən hadisə yerində dünyasını dəyişib.
Faktla bağlı araşdırma aparılır.






