Astaranın Ərçivan qəsəbəsini su basıb, 30 sakin təxliyə olunub - VIDEO

Astaranın Ərçivan qəsəbəsini su basıb, 30 sakin təxliyə olunub - <span style="color:#ff0000">VIDEO</span>
Kateqoriya məlum deyil27.09.25, 09:2575 👁️
T

Astara rayonunun Ərçivan qəsəbəsində bəzi əraziləri subasmaya məruz qalıb.

 

Sfera.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyindən məlumat veirlib.

 

Bildirilib ki, su basmış yerlərdən suyun çəkilərək kənarlaşdırılması, habelə bəzi ünvanlarda köməyə ehtiyacı olan vətəndaşların təhlükəsiz əraziyə təxliyə edilməsi üçün dərhal FHN-in Cənub Regional Mərkəzi, Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti və Mülki müdafiə qoşunlarının qüvvələri əraziyə cəlb edilib.

 

Görülmüş tədbirlər nəticəsində 10-u azyaşlı olmaqla ümumilikdə 30 vətəndaş təhlükəsiz əraziyə təxliyə olunub.

 

Hazırda su basmış yerlərdən suyun çəkilərək kənarlaşdırılması və digər təhlükəsizlik tədbirləri davam etdirilir.

 

 

 

PAYLAŞ
Sehliyali
Yüklənir...