65 yaşlı kişi ağacdan yıxılıb öldü

Kateqoriya məlum deyil
T
Şəkinin Baş Layısqı kənd sakini bədbəxt hadisə nəticəsində ölüb.
Sfera.az xəbər verir ki, 1960-cı il təvəllüdlü Şirinov Allahyar Hümbət oğlu qoz ağacından yıxılıb.
Ağır xəsarətlər alan vətəndaş xəstəxanaya çatdırılıb. Həkimlərin səyinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.






