Oğuzda meşəni qıran şəxsə cinayət işi açıldı

Oğuzda meşəni qıran şəxsə cinayət işi açıldı
Kateqoriya məlum deyil26.09.25, 10:10325 👁️
T

Oğuz rayonunun Filfilli kəndindəki meşəlik ərazidə fıstıq növündən olan ağacları kəsən şəxs tutulub.

 

DİN-in Mətbuat Xidmətinin regional qrupundan Sfera.az-a bildirilib ki, polisin keçirdiyi tədbirlərlə ağacları kəsməkdə şübhəli bilinən 1968-ci il təvəllüdlü Dünyabir Nəsirov saxlanılıb.

 

Faktla bağlı Oğuz Rayon Polis Şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.

 

PAYLAŞ
Sehliyali
Yüklənir...