Sarayda 57 yaşlı kişi avtomobilin qurbanı oldu

Sarayda 57 yaşlı kişi avtomobilin qurbanı oldu
Kateqoriya məlum deyil
T

Sarayda avtomobil piyadanı vuraraq öldürüb.

 

Sfera.az xəbər verir ki, 1981-ci il təvəllüdlü Əliyev Heybət Talıb oğlu idarə etdiyi "Volkswagen" markalı avtomobili ilə Saray qəsəbəsi ərazisində, "Novxanı-Sumqayıt" yolu ilə hərəkətdə olarkən yolu keçmək istəyən piyada, 1968-ci il təvəllüdlü Fərzullayev Rəşid Zeydulla oğlunu vurub.

 

Piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.

 

Faktla bağlı cinayət işi başlanılıb.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR