İlin ən böyük tayfunu Asiyanı vurdu: 1,9 milyon insan təxliyə edildi - FOTOLAR

İlin ən böyük tayfunu Asiyanı vurdu: 1,9 milyon insan təxliyə edildi - <span style="color:#ff0000">FOTOLAR</span>
Kateqoriya məlum deyil24.09.25, 12:590 👁️
T

Asiyanın bir sıra ölkələri bu ilin ən güclü tropik fırtınası – “Super Tayfun Ragasa” ilə üz-üzə qalıb. Güclü külək və daşqınlar Çin, Tayvan və Honq-Konqda böyük dağıntılara səbəb olub.

 

Sfera.az xarici mediaya istinadən xəbər verir ki, Tayvanda torpaq sürüşməsi nəticəsində yaranan gölün daşması ilə 17 nəfər həlak olub.

 

Baş nazir Ço Cunq-Tay açıqlamasında təxliyə əmrlərinin vaxtında yerinə yetirilməməsinin araşdırılacağını bildirib.


Honq-Konqda isə 3 metr hündürlüyündə dalğalar sahili yuyub, küçələr və mağazalar su altında qalıb. Fövqəladə xidmətlər bölgələrə yalnız helikopterlə müdaxilə edə bilib.


“Raqasa” tayfununun saatda 260 km sürətə çatan küləkləri binaların damlarını uçurub, şüşələri qırıb. Fırtına səbəbilə Cənub Çin dənizi hövzəsində təxminən 1,9 milyon insan təxliyə edilib.


Tayfun hazırda 5-ci kateqoriyadan 3-cü səviyyəyə düşsə də, daşqınlar və su basqınlarının yaratdığı dağıntılar davam edir. Sakinlər hökumətləri fəlakət qarşısında yetərincə tədbir görməməkdə ittiham edirlər.


Mütəxəssislər milyonlarla dollar dəyərində ziyanın qeydə alındığını bildirir. Təxliyə edilən insanlar isə hələ də evlərinə dönə bilmir.


Bəsti Rəfizadə
Sfera.az

 

PAYLAŞ
Sehliyali
Yüklənir...