Biləsuvarda ağır yol qəzası: motosikletin sürücüsü öldü

Kateqoriya məlum deyil
T
Biləsuvar rayonunda motosikletlə minik avtomobili toqquşub.
Sfera.az xəbər verir ki, rayon mərkəzindən keçən dolama yolda baş verən qəza nəticəsində motosikletin sürücüsü 1992-ci il təvəllüdlü Tağıyev Tamerlan Zakir oğlu hadisə yerində ölüb.
Faktla bağlı araşdırma aparılır.






