Logo

Bu ərazilərdə su olmayacaq

Bu ərazilərdə su olmayacaq
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Sumqayıt şəhərinin bəzi ərazilərini içməli su ilə təmin edən magistral kəmərdə aparılan təmir-tikinti işləri ilə əlaqədar olaraq sabah, iyunun 8-də bir sıra yaşayış məntəqələrində suyun verilişində müvəqqəti fasilə yaranacaq.

Sumqayıt Sukanal İdarəsindən Sfera.az-a bildirilib ki, səhər saat 09:00-dan etibarən günün sonunadək Kotec qəsəbəsi, Kimyaçılar qəsəbəsi, Səməd Vurğun küçəsi, 26-cı məhəllə, Xəzər bağları, Bulvar və Mida Bulvar ərazilərində yaşayan ümumilikdə 12 min abonent içməli su ilə təmin olunmayacaq.

Qeyd olunub ki, fasilə magistral kəmərdə aparılan təmir-tikinti işləri ilə əlaqədardır.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR