Mingəçevirdə qəza - Sürücü xəsarət aldı

Kateqoriya məlum deyil
T
Mingəçevirdə zəncirvari yol qəzası baş verib.
Sfera.az xəbər verir ki, hadisə Aydın Məmmədov küçəsində baş verib. "Hyundai" və "Nissan" markalı minik maşınları toqquşub.
Zərbənin təsirindən "Nissan" "Opel" markalı digər avtomobilə çırpılıb. Zəncirvari qəza nəticəsində "Nissan"ın 1983-cü il təvəllüdlü sürücüsü Nəsimi Müseyibov xəsarət alıb. Yaralı xəstəxanaya çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.






