14 yaşlı yeniyetməni maşın vurub öldürdü

Kateqoriya məlum deyil
T
Ağdam rayonunda ölümlə nəticələnən yol qəzası baş verib.
Sfera.az xəbər verir ki, hadisə rayonun Səfərli kəndi ərazisində qeydə alınıb. “VAZ-21015” markalı minik avtomobilinin idarəetməni itirərək aşması nəticəsində sərnişin - 2011-ci il təvəllüdlü yeniyetmə hadisə yerində ölüb.
Faktla bağlı araşdırma aparılır.






