Gürcüstanda Azərbaycanla sərhəddə zəlzələ olub

Kateqoriya məlum deyil
T
Gürcüstanın Azərbaycanla sərhəd ərazisində 3 maqnitudalı zəlzələ baş verib.
Bu barədə Sfera.az Avropa Aralıq dənizi Seysmoloji Mərkəzinə istinadən xəbər verir.
Məlumata görə, yeraltı təkanlar Bakı vaxtı ilə saat 08:18-də Gəncədən 61 km şimalda Gürcüstan ərazisində qeydə alınıb.
Zəlzələ ocağı 10 km dərinlikdə yerləşib.






