Əkizlərdən biri anasının qucağından düşərək öldü

Kateqoriya məlum deyil
T
Neftçalada bədbəxt hadisə baş verib.
Sfera.az xəbər verir ki, rayonun II Qaralı kəndinin sakini, 2001-ci il təvəllüdlü Şəbnəm Etibar qızı Allahverdiyeva qucağında olan əkiz uşaqlarından birini - 2024-cü il təvəllüdlü A.A.-nı əlindən yerə salıb.
Nəticədə müxtəlif dərəcəli xəsarətlər alan körpə ölüb.
Faktla bağlı araşdırma aparılır. \Oxu.az
